- Mahal
- 11:25
- 1 247
Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.
Aznews.az APA-ya istinadən xəbər verir ki, qətl ailədaxili münaqişə zəminində baş verib.
Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.
***
10.50
Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.
Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
10.36
Cəlilabadda qətl hadisəsi baş verib.
Aznews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini olan orta yaşlı qadın qətlə yetirilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.