- Mahal
- 1 Sentyabr 22:26
- 1 524
Gəncədə qəzada 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Ş. Nəsirov, 2022-ci il təvəllüdlü Ü. İbrahimov, 2024-cü il təvəllüdlü G. İbrahimova və daha bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.