• Mahal
  • 27 Dekabr 2025 18:34
  •  7 750

Biləsuvarda yol qəzası olub, ölənlər var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.