- Mahal
- 14 Yanvar 22:29
- 1 374
Dəm qazından iki tələbə ölüb
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.
Aznews.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.
Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az