Yevlax sakini özünə vurduğu iynədən sonra öldü

Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

Aznews.az xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az