İtkin hərbçi Vüqar Babayevin qalıqları Göyçayda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Vüqar Səlim oğlu Babayevin nəşinin qalıqları Göyçay rayonunda ailəsinə təhvil verilib.

Aznews.az xəbər verir ki, əvvəlcə Göyçayın Qarabaqqal kəndində şəhid hərbçi ilə vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra itkin şəhidin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Göyçayın Qarabaqqal kəndində anadan olan Vüqar Babayev 1994-cü ildə Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.

image description image description image description image description image description image description