- Mahal
- 17:21
- 1 381
İtkin-şəhid Cavanşir Həsənovun qalıqları Balakəndə dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cavanşir Həsənovun nəşinin qalıqları 34 il sonra doğulduğu torpaqda dəfn olunub.
Aznews.az xəbər verir ki, itkin-şəhid Cavanşir İsrafil oğlu Həsənovun nəşinin qalıqları bu gün doğulduğu Balakən rayonu Hənifə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmalarının iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılındıqdan sonra şəhid Cavanşir Həsənovun nəşinin qalıqları Balakən şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhid Cavanşir İsrafil oğlu Həsənov 1967-ci ildə Balakən rayonu Hənifə kəndində dünyaya gəlib. 1992-ci ilin iyun ayında könüllü Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 12 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.
C. Həsənov itkin düşdükdən 3 ay sonra övladı dünyaya gəlib, oğluna onun adı verilib.