Azad edilmiş ərazilərə ötən il köçürülənlərin və məşğul əhalinin sayı açıqlanıb

Azad edilmiş ərazilərə ötən il köçürülənlərin və məşğul əhalinin sayı açıqlanıb.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il ərzində Cəbrayıl şəhərinə 376 ailə, 1704 nəfər, Şuşa şəhərinə 8 ailə, 23 nəfər, Xocalı şəhərinə 68 ailə, 323 nəfər, Kəlbəcər şəhərinə 108 ailə, 450 nəfər, Füzuli şəhərinə 1 ailə, 5 nəfər, Laçın şəhərinə 37 ailə, 155 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 191 ailə, 787 nəfər, Xanyurdu kəndinə 123 ailə, 431 nəfər, Təzəbinə kəndinə 139 ailə, 609 nəfər, Şuşakənd kəndinə 114 ailə, 428 nəfər, Badara kəndinə 58 ailə, 220 nəfər, Daşbulaq kəndinə 35 ailə, 138 nəfər, Seyidbəyli kəndinə 59 ailə, 216 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə 255 ailə. 989 nəfər, Suqovuşan qəsəbəsinə 180 ailə, 592 nəfər, Kolatağ kəndinə 33 ailə, 120 nəfər, Vəngli kəndinə 137 ailə, 535 ailə, Sarıcalı kəndinə 188 ailə, 785 nəfər, Kəngərli kəndinə 283 ailə, 1206 nəfər, Xıdırlı kəndinə 649 ailə, 2571 nəfər, Ağdam şəhərinə 103 ailə, 405 nəfər, Laçın rayonunun Bəylik kəndinə 89 ailə, 363 nəfər, Xocavənd rayonunun Sos kəndinə 85 ailə, 360 nəfər, Qırmızı Bazar qəsəbəsinə 122 ailə, 513 nəfər, Hadrut qəsəbəsinə 48 ailə, 186 nəfər, Zəngilan rayonunun Ağalı kəndinə 51 ailə, 137 nəfər, Məmmədbəyli kəndinə 132 ailə, 653 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə 191 ailə, 762 nəfər, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 30 ailə, 115 nəfər köçürülüb. Ümumilikdə 3893 ailə olmaqla, 15781 nəfər köçürülüb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə artıq 30 minə yaxın köçkün evlərlə təmin edilib və orada yaşayırlar, ümumilikdə isə 74750 nəfər bu ərazilərdə yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Nəzərə çatdırılıb ki, 2025-ci ildə Zəngilan rayonu Ağalı kəndi üzrə 113, Laçın şəhəri üzrə 341, Laçın rayonu Zabux kəndi üzrə 97, Füzuli şəhəri üzrə 499, Şuşa şəhəri üzrə 222, Laçın rayonu Sus kendi üzrə 45, Laçın rayonu Məmmədbəyli kəndi üzrə 9, Cəbrayıl şəhəri üzrə 484, Xocalı şəhəri üzrə 44, Ağdam rayonu Sarıcalı kəndi üzrə 126, Ağdərə rayonu Həsənriz kəndi üzrə 70, Ağdərə rayonu Suqovuşan kəndi üzrə 112, Ağdam rayonu Kəngərli kəndi üzrə 108, Laçın rayonu Bəylik kəndi üzrə 39, Ağdam rayonu Xıdırlı kəndi Üzrə 146, Xocalı rayonu Ballıca kəndi üzrə 151, Xocalı rayonu Xanyurdu kəndi üzrə 29, Xocalı rayonu Təzəbinə kəndi üzrə 31, Ağdərə rayonu Vəngli kəndi üzrə 30, Xocalı rayonu Şuşakənd kəndi üzrə 14, Kəlbəcər rayonu üzrə 57, Xocalı rayonu Daşbulaq kəndi üzrə 6, Xocavənd rayonu Hadrut qəsəbəsi üzrə 5, Xocavənd rayonu Bazar qəsəbəsi üzrə 13, Xocalı rayonu Badara kəndi üzrə 5, Cəbrayıl rayonu Horovlu kendi üzrə 31, Xocavənd rayonu Sos kəndi üzrə 3, Ağdərə rayonu Talış kəndi üzrə 5, Ağdərə rayonu Kolatağ kəndi üzrə 8. Xocalı rayonu Seyidbəyli kəndi üzrə 4 sayda vakansiya tutulub.

Özünüməşğulluq proqramı üzrə 2025-ci il ərzində məskunlaşan əhalidən 154 nəfər aktivlərlə təmin olunub. Bundan əlavə, 12 peşə təhsili müəssisəsində 42 İxtisas üzrə 1,1 min nəfər üçün təlimlər təşkil edilib, 350 nəfər məcburi köçkün şəxs isə qısamüddətli ixtisasartırma təlimlərinə cəlb edilib.

Azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi üzrə ümumilikdə qayıdışı təmin edilmiş iqtisadi fəal olan 8.7 min şəxsdən təxminən 8 mininin məşğulluğu təmin edilib.