- Köhnə - Dünya
- 1 Fevral 2016 12:14
- 3 921
Sabiq agentlik direktoru bankda vitse-prezident oldu
“RİA Novosti”nin keçmiş direktoru Rusiyanın aparıcı banklarından birinə vitse-prezident təyin olunub.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Svetlana Mironyuk "Sberbank"a vitse-prezident təyinatı alıb. O, eyni zamanda bankın marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, Svetlana Mironyuk 2003-cü ildən 2014-cü ilə kimi "RİA Novosti" agentliyinə rəhbərlik edib.
Aydan Axundova