Rusiyaya məxsus nəqliyyat vasitələrinin Türkiyədən tranzit yolu kimi istifadəsinə verilən icazə dayandırılıb. Rusiyaya məxsus nəqliyyat vasitələrinin Türkiyədən tranzit yolu kimi istifadəsinə verilən icazə dayandırılıb.

Türkiyədən Rusiyanın sanksiyalarına cavab - Yük maşınları ölkəyə buraxılmır

Rusiyaya məxsus nəqliyyat vasitələrinin Türkiyədən tranzit yolu kimi istifadəsinə verilən icazə dayandırılıb.


AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası məlumat yayıb. Bildirilir ki, buna səbəb Türkiyədən verilən müvafiq icrazənin fəaliyyət müddətinin başa çatmasıdır. "2016-cı il yanvarın 31-də Türkiyə tərəfindən 2015-ci il üçün verilən icazənin fəaliyyət müddəti başa çatıb. Bununla bağlı xatırladırıq ki, Rusiya nəqliyyatı ilə Türkiyə ərazisindən daşınmalar mümkün deyil. Hələki Türkiyə tərəfilə 2016-cı il üçün kontingent razılaşdırılmayıb", - deyə məlumatda qeyd olunub.

Hazırda Rusiya Nəqliyyat Nazirliyi icazə ilə bağlı məsələnin həlli üçün tədbirlər görür. Nazirlik qarşılıqlı razılaşma üçün Türkiyə tərəfinə təkrar təkliflər göndərib.

Aydan AXUNDOVA