Pentaqon 2017-ci ildə İŞİD-lə mübarizə üçün ABŞ hökumətindən 7,5 milyard dollar istəyəcək. Pentaqon 2017-ci ildə İŞİD-lə mübarizə üçün ABŞ hökumətindən 7,5 milyard dollar istəyəcək.

Pentaqon İŞİD-lə mübarizə üçün 7,5 milyard dollar istəyir

Pentaqon 2017-ci ildə İŞİD-lə mübarizə üçün ABŞ hökumətindən 7,5 milyard dollar istəyəcək.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter deyib.

O bildirib ki, 2017-ci il dövlət büdcəsindən ABŞ Avropadakı qüvvələri və tərəfdaşları üçün 3,2 milyard dolların ayrılmasını istəyəcək. Karter bildirib ki, bu rəqəm əvvəlkindən 4 dəfə çoxdur. Onun sözlərinə görə, bu artımın başlıca səbəbi Rusiyanın güclənməsidir.

ABŞ üçün əsas təhdidləri sadalayan E. Karter bura İran, Rusiya, Çin və İŞİD-i aid etsə də, Vaşinqtonun sadalanan ölkələrlə münaqişəyə girmək istəmədiyini vurğulayıb. "Bununla belə biz bu təhdidlərə göz yuma bilmərik", - deyə o qeyd edib.