NATO gəmiləri imiqrant böhranının qarşısını almaq üçün Egey dənizinə yola düşüb. NATO gəmiləri imiqrant böhranının qarşısını almaq üçün Egey dənizinə yola düşüb.

NATO Egey dənizinə hərbi gəmilər göndərir - İmiqrant böhranına görə

NATO gəmiləri imiqrant böhranının qarşısını almaq üçün Egey dənizinə yola düşüb.


BBC xəbər verir ki, NATO insan qaçaqçılığının qarşısını almaq üçün 3 hərbi gəmisini Türkiyə sahillərinə göndərib.

Təşkilat Türkiyə, Yunanıstan və Almaniya Müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra bu qərara gəlib. NATO-nun baş katibi Yens Stoltenberg bildirib ki, onların məqsədi qaçqın gəmilərini geri döndərmək deyil:"Məqsəd qarşılaşdığımız insanlıq faciəsini çözə bilməkdə Türkiyə və Yunanıstana dəstək olmaqdır. Həm də Türkiyədən Yunanıstana dəniz yolu ilə keçənlər, eyni zamanda insan qaçaqçıları ilə mübarizə aparmaqdır".

Son informasiyalara görə, 2016-ci ildə 75 mindən artıq imiqrant Egey dənizindən Yunanıstana keçib.


AzVision.az