- Köhnə - Dünya
- 12 Fevral 2016 23:59
- 3 020
Aİ Belarus və Lukaşenko üzərindən sanksiyaları götürür

Avropa İttifaqı Belarus və prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı planlaşdırır.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbələrdən bildirilib.
Belə ki, artıq fevralın 15-də "qara siyahıya" salınan onlarla şəxs və şirkət üzərindən sanksiyalar götürüləcək.
Ayın sonunadək isə Belarusa qarşı sanksiyalar tamamilə aradan qaldırılacaq.