Əfqanıstandakı münaqişədə ölən və yaralananların sayı 2015-ci ildə rekord həddə çatıb, BMT-nin ölkədəki missiyası bildirib. Əfqanıstandakı münaqişədə ölən və yaralananların sayı 2015-ci ildə rekord həddə çatıb, BMT-nin ölkədəki missiyası bildirib.

Əfqanıstanda insan tələfatı rekord həddə - 11,002 nəfər

Əfqanıstandakı münaqişədə ölən və yaralananların sayı 2015-ci ildə rekord həddə çatıb, BMT-nin ölkədəki missiyası bildirib.


Keçən il yayılmış rəqəmlərə görə insan tələfatı dörd faiz artaraq 11,002 nəfərə çatıb. Onların dörddə biri isə uşaqlar olub.

Hesabatda bildirilir ki, buna əhalinin sıx məskunlaşdığı bölgələrdə baş verən yerüstü döyüşlər səbəb olub. Bunların arasında intihar bombaları və digər hücumlar da var. BMT-nin insan haqları məsulu bildirib ki, bu cür "əzazil və qeyri-prinsipial hücumlar" beynəlxalq hüquqla qadağan edilib.

AzNews.az BBC-yə istinadən xəbərə verir ki, 2011-ci ildə beynəlxalq qoşunların Əfqanıstandan çıxarılmasından və 2014-cü ildə NATO döyüş missiyasının başa çatmasından sonra hər il insan tələfatı artmaqdadır. Keçən il 3,545 nəfərin həlak olduğu, 7,457 nəfərinsə yaralandığı bildirilir.

Qadınlar arasında ölən və yaralananların sayı 37 faiz, uşaqlar arasında isə 14 faiz artım müşahidə edilib. "Keçən il misli görünməmiş sayda uşaq öldürülüb və xəsarət alıb," BMT-nin Əfqanıstandakı missiyasından Danielle Bell bildirib.

2014-cü illə müqayisədə hökumətyönlü qüvvələr və hərbi dəstək göstərməyə davam edən NATO-nun həyata keçirdiyi əməliyyatlar nəticəsində baş vermiş insan tələfatı da 42 faiz artıb