Ukrayna prezidenti Petro Poroşenko Baş prokuror Viktor Şokin və Baş nazir Arseni Yatsenyuku istefaya çağırıb. Ukrayna prezidenti Petro Poroşenko Baş prokuror Viktor Şokin və Baş nazir Arseni Yatsenyuku istefaya çağırıb.

Poroşenkodan Baş nazirlə Baş prokurora müraciət: “İstefa verin”

Ukrayna prezidenti Petro Poroşenko Baş prokuror Viktor Şokin və Baş nazir Arseni Yatsenyuku istefaya çağırıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında dərc edilib. "Bu gün səhər mən Baş prokurorla görüşdüm və onunla ətraflı danışığımız oldu. Viktor Nikolayeviçə istefa ərizəsi yazmasıyla bağlı təklifimi bildirdim", - deyə Poroşenko müraciətində qeyd edib.

Prezident bildirib ki, Şokin Ukrayna Baş Prokurorluğunun onillərlə müqavimət göstərdiyi islahatları tətbiq edib: "İkinci tərəfdən isə Ukrayna Baş Prokurorluğu cəmiyyətin etibarını doğrultmadı. Buna görə də, gündəmdə Baş prokurorun istefası məsələsi dayanır".

Eyni zamanda, Ukrayna prezidentinin mətbuat katibi öz tvitter hesabında Poroşenkonun Baş nazir Arseni Yatsenyuku "hakimiyyətə etibarın bərpası" üçün istefaya getməyə çağırıb.

Aydan AXUNDOVA