Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib.

Saakaşvili maaşının artırılmasına etiraz etdi - “Mən bu qərarı ləğv edirəm”

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib.


AzNews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb:

"Bu gün əmək haqqımın artırılması barədə məlumat aldım. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, Ukraynada məmurlar gördükləri işə görə layiqli əmək haqqı almalıdırlar, lakin nə mən, nə də ki mənim komandam burada pul üçün işləmirik. Bizmi burada olmağımızın əsas səbəbi bu ölkənin gələcəyini daha parlaq etməkdir. Bu qərar mənim xəbərim olmadan qəbul olunub, mən heç vaxt adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə, öz əmək haqqımı qaldırmağa icazə verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarlar mütləq cəzalandırılacaqlar".