Qazaxıstan Baş nazirinin müavini Dariqa Nazarbayeva uşaqlara sağlam həyat tərzinin aşılanması barədə danışıb. Qazaxıstan Baş nazirinin müavini Dariqa Nazarbayeva uşaqlara sağlam həyat tərzinin aşılanması barədə danışıb.

“Tost deyib, qədəh toqquşdururlar” – Baş nazirin müavinindən valideynlərə tənqid

Qazaxıstan Baş nazirinin müavini Dariqa Nazarbayeva uşaqlara sağlam həyat tərzinin aşılanması barədə danışıb.


AzNews.az xəbər verir ki, Nazarbayeva sağlam həyat tərzini həm uşaqlara, həm də böyüklərə öyrətmək lazım olduğunu qeyd edib "Uşaqların sağlamlığı ilə bağlı çox böyük problemlərimiz var. Məktəblilərin 70% -i məktəbi hansısa patologiya ilə bitirir. Bu, dəhşətli statistikadır. Biz hara gedirik? Tezliklə elə bir zaman gələcək ki, biz hamımız öz sağlamlığımız üçün işləyəcəyik. Elə sistem qurmaq lazımdır ki, xəstələnmək nə dəbdə olmasın, nə də iqtisadi cəhətdən sərf etməsin. Səhiyyə Nazirliyi bu plan üzərində yaxşı işləməlidir", - deyə Baş nazirin müavini bildirib.

"Mən Astanada bir məktəbdə olmuşdum. Tibb bacısı dedi ki, uşaqların səhhətilə bağlı bütün problemlər adətən bazar ertəsi baş verir. Çünki istirahət günlərində uşaqların valideynləri onları həddindən artıq yedizdirir və onların hər şeyi yeməsinə icazə verirlər. Səhərlər uşaqların çoxu mədə-bağırsaq problemi ilə tibb məntəqələrinə qaçırlar. Əhaliylə bu barədə danışmaq lazımdır", - deyə Dariqa Nazarbayeva bildirib.

"Böyüklərin davranışı onsuz da sonda uşaqlara transformasiya olunur. Uşaqlar da eyni səhvləri təkrar edirlər. Hətta böyüklər və uşaqlar bir masa arxasında oturanda, uşaqlara limonad və ya şirə verirlər, onlar da böyüklərlə sağlığa tost deyib, qədəh toqquşdururlar. Uşaqlara kiçik yaşlarından müəyyən həyat tərzi və davranış stereotiplərini aşılayırıq - tost demək və badələri qaldırmaq. Bununla bağlı problemlər varmı? Bəli var", - deyə Nazarbayeva qeyd edib.

Aydan AXUNDOVA