Suriya hökuməti ABŞ-Rusiya razılaşmasına əsasən hərbi əməliyyatları dayandırmaq barədə razılığını elan edib. Suriya hökuməti ABŞ-Rusiya razılaşmasına əsasən hərbi əməliyyatları dayandırmaq barədə razılığını elan edib.

Bəşər Əsəddən atəşkəs razılaşması

Suriya hökuməti ABŞ-Rusiya razılaşmasına əsasən hərbi əməliyyatları dayandırmaq barədə razılığını elan edib.


AzNews.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Suriya ordusu "İŞİD" qruplaşması və "Ən-Nüsrə Cəbhəsi"nin terrorçuları ilə, eləcə də "Əl-Qaidə" və digər terrorçu qruplaşmalarla müharibəni davam etdirəcək.

"Atəşkəs barədə razılaşmanın uğurla həyata keçirilməsi üçün Suriya hərbi əməliyyatların və silahlanmış qruplaşmaların fəaliyyətinin dayandırılacağı, razılaşdırılmış müddət ərzində atəşkəsin dəstəklənəcəyi rayonların müəyyən olunması üçün Rusiya ilə əlaqələndirməni davam etdirməyə hazır olduğunu təsdiqləyir", - deyə Suriya XİN-in bəyanatında bildirilir.

Aydan