Bu gün İranda məclisə və Ekspertlər Şurasına seçkilər keçirilir. Bu gün İranda məclisə və Ekspertlər Şurasına seçkilər keçirilir.

İranda parlament seçkiləri keçirilir

Bu gün İranda məclisə və Ekspertlər Şurasına seçkilər keçirilir.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu gün parlamentə 290 millət vəkili seçiləcək. Bundan əlavə, Ekspertlər Şurasına 88 nəfər məşhur şiə ruhaniləri və şəriət mütəxəssisləri seçiləcək.

İranın İslami İrşad və Mədəniyyət Nazirliyindən verilən məlumata görə, seçkiləri 500 jurnalist işıqlandıracaq. Onlardan 150-si İranda daimi akkreditasiyası olan xarici jurnalistlərdir.

Bütün şəhər və yaşayış məntəqələrində seçkilər prosesinin təhlükəsizliyini 150 min polis təmin edəcək. Bundan əlavə qoruma üçün təhlükəsizlik qüvvələrinin vertolyot bölmələri də cəlb olunub.

Aydan Axundova