- Köhnə - Dünya
- 9 Noyabr 2012 18:30
- 4 004
Deputatın ayaqqabısında partlayıcı qurğu
 
            Partlayıcı maddə Əhmədan Buqtinin məscidin qapısında soyunduğu ayaqqabısının içərisinə yerləşdirilib
Pakistan parlamentinin deputatına sui-qəsd edilib. Partlayıcı maddə Əhmədan Buqtinin məscidin qapısında soyunduğu ayaqqabısının içərisinə yerləşdirilib.
AzNews.az-ın Agence France-Presse-ə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu parlamentari namazdan sonra ayaqqabısını geynərkən işə salınıb. Deputat ciddi xəsarətlər alsa da, hadisə yerinə vaxtında yetişən həkimlər onun həyatını xilas edə biliblər. Yaralı helikopter ilə təcili olaraq xəstəxanaya gətirilərək əməliyyat olunub.
Hadisə Pakistanda islam ekstremizminin əsas mərkəzlərindən biri kimi mənfi reputasiya qazanmış Bəlucistanda baş verib. Hələ ki heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti boynuna götürməyib.
Aysel
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            