Deputat Dmitri Palpatin Odessa qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Boroviki əllərində gül-çiçəklə iclas zalından qovub. Deputat Dmitri Palpatin Odessa qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Boroviki əllərində gül-çiçəklə iclas zalından qovub.

Deputat Saakaşvilinin müavinini iclasdan qovdu - VİDEO

Deputat Dmitri Palpatin Odessa qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Boroviki əllərində gül-çiçəklə iclas zalından qovub.


Borovik iclasa yerli hakimiyyəti tənqid etməklə başlayıb.

O, bildirib ki, Odessa onun indiyədək yaşadığı ən pis şəhərdir. Borovik qeyd edib ki, hazırkı şəhər hakimiyyəti korrupsiyaya uğrayıb. Onun tənqid dolu çıxışı deputatların etirazına səbəb olub. Palpatin tribunaya əlində bir dəstə gül ilə yaxınlaşaraq Borovikin belindən tutub iclas zalından çıxarıb.

Borovik fiziki güc tətbiq edildiyi üçün polisə müraciət edəcəyini bildirib.

"Baş verənlər mənə maraqlı deyil. Bu, bir təxribatdır. Bilsəydim belə olacaq, oraya getməzdim. Amma eyni zamanda sevinirəm ki, bu baş verdi. Çünki cəmiyyət bunları eşitməli və danışmalı idi", - deyə Borovik vurğulayıb.

AzVision.az