O, səlahiyyətlərini aşmaqda ittiham edilir O, səlahiyyətlərini aşmaqda ittiham edilir

Prezidentin xanımı rüşvət qalmaqalında

O, səlahiyyətlərini aşmaqda ittiham edilir



Cənubi Koreya prezidentinin xanımı Kim Yun Ok rüşvət almaqda və həyat yoldaşının səlahiyyətlərindən istifadə etməkdə ittiham olunur.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin xanımı şəxsi yaşayış üçün nəzərdə tutulan iqamətgahın tikintisi və torpağın özəlləşdirilməsi zamanı səlahiyyətlərini aşıb və qanunsuzluqlara yol verib.

Verilən məlumata görə, məsələ ilə bağlı yalnız prezidentin ailəsi deyil, onun şəxsi cangüdənləri də dindiriləcək. Belə ki, cangüdənlər sübutları məhv etməkdə və lazımi sənədləri gizlətməkdə ittiham olunur.

Sadiq Musa
AzNews.az