Gürcüstan Rusiya nefti daşıyan tankerləri qəbul etməkdən imtina edib

Gürcüstan Rusiya ilə əlaqəli neft tankerlərini limanlarına qəbul etməyəcəyinə söz verib.

Avropa Komissiyasının (AK) sözçüsü Siobhan MakQarri bunu açıqlayıb.

"Gürcüstan bizə neft tankerlərinin artıq onun limanlarına gələ bilməyəcəyini bildirdi. Gürcüstan hakimiyyəti bizi narahat edən hərəkətlərə son qoymağı öhdəsinə götürüb", - deyə o, Avropa Komissiyasının saytında yayımlanan brifinqdə bildirib .

MakQarri xatırladıb ki, AK Kulevi neft terminalını Rusiya əleyhinə sanksiyalar siyahısına daxil etməyi planlaşdırırdı və Gürcüstan hakimiyyətinin öhdəliyi səbəbindən limanın sənəddən çıxarıldığını təsdiqləyib.

Mövsüm,

AzNews.az