- Köhnə - Dünya
- 18 Mart 2016 21:22
- 2 634
Yanacaqdoldurma məntəqəsində yanğın - 17 yaralı

Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.
"Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur", deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.