Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən Feysal Şeffu müstəqil jurnalist olub. Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən Feysal Şeffu müstəqil jurnalist olub.

Brüssel aeroportunda terror törədən şəxs jurnalist imiş

Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən Feysal Şeffu müstəqil jurnalist olub.



APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Şeffunun məqalələri "Journal du Musulman" nəşrində dərc olunub.

Onun son reportajlarından biri Mərakeş məhbuslarından bəhs edib. Məqalədə məhbuslara müqəddəs Ramazan ayında şəriətdə nəzərdə tutulan qaydalarla qidalanmağa qadağa qoyulmasından bəhs edilir.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb. "İŞİD" qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.