Lahor şəhərindəki uşaq parkında kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 72 nəfərə qədər yüksəlib. Lahor şəhərindəki uşaq parkında kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 72 nəfərə qədər yüksəlib.

Pakistanda terror - 72 ölü, 300-dən çox yaralı (Yenilənib 4 + Video)

Lahor şəhərindəki uşaq parkında kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 72 nəfərə qədər yüksəlib.


Hadisə nəticəsində 300-dən çox insan yaralanıb.

***
27.03.2016
22:28

Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

***
20:30

Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Partlayış nəticəsində 200-dən çox insan yaralanıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

***
19:41

Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Partlayış nəticəsində 100 nəfərə yaxın şəxs yaralanıb. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır.

***
19:11

Bu gün Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində partlayış baş verib.

Partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Partlayış şəhər parklarının birində baş verib.

APA