ABŞ və İsraildən Türkiyəyə - Terror xəbərdarlığı

İsrail və ABŞ Türkiyədəki vətəndaşlarına terror hadisələrin olacağı ilə bağlı xəbərdarlıq edib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, İsrail hökuməti vətəndaşlarına təcili şəkildə Türkiyəni tərk etmələri məsləhət görüb.

ABŞ-ın Türkiyədəki səfirliyinin əməkdaşları isə İstanbul və Antaliya kimi böyük şəhərlədə terror hadisələri olacağı barədə kəşfiyyat məlumatları əldə etdiklərini bildiriblər. Ona görə də səfirlik ABŞ vətəndaşlarına həmin şəhərləri tərk etmələrini məsləhət görüb.

ABŞ səfirliyinin vətəndaşlarına müraciətində deyilir: "Adıçəkilən bölgələrdə yaşayırsınızsa diqqətli olun! Terror təhlükəsi ilə bağlı yerli medianı izləməniz məsləhət görülür".

Xəbərdarlıqlardan sonra xarici ölkələrin İstanbulda yerləşən səfirliklərində və digər dövlət binalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Polis əməkdaşları şəhərin bəzi hissələrində əməliyyatlar keçirib.

Nəticədə, İstanbulun Taksim meydanında şübhəli çanta tapılıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar meydana aparan yollar hər iki istiqamətdə bağlanıb. Həmçinin İstiqlal küçəsində vətəndaşların və nəqliyyatın hərəkətinə qadağa qoyulub.