Azərbaycanlı gənclər və Sankt-Peterburqun müxtəlif ali məktəblərində təhsil alan tələbələr bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdə hərbi əməliyyatları zamanı həlak olmuş şəhidlərin xatirəsini anmaq üçün aprelin 10-da ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğuna gəliblər. Aksiya iştirakçıları yekdilliklə bildiriblər ki, Azərbaycan dövlətini və ordusunu, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizi dəstəkləyirlər, doğma torpaqlarımız uğrunda savaşmağa hazırdırlar. Azərbaycanlı gənclər və Sankt-Peterburqun müxtəlif ali məktəblərində təhsil alan tələbələr bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdə hərbi əməliyyatları zamanı həlak olmuş şəhidlərin xatirəsini anmaq üçün aprelin 10-da ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğuna gəliblər. Aksiya iştirakçıları yekdilliklə bildiriblər ki, Azərbaycan dövlətini və ordusunu, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizi dəstəkləyirlər, doğma torpaqlarımız uğrunda savaşmağa hazırdırlar.

Sankt-Peterburqdan Azərbaycana dəstək aksiyası - Foto

Azərbaycanlı gənclər və Sankt-Peterburqun müxtəlif ali məktəblərində təhsil alan tələbələr bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdə hərbi əməliyyatları zamanı həlak olmuş şəhidlərin xatirəsini anmaq üçün aprelin 10-da ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğuna gəliblər. Aksiya iştirakçıları yekdilliklə bildiriblər ki, Azərbaycan dövlətini və ordusunu, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizi dəstəkləyirlər, doğma torpaqlarımız uğrunda savaşmağa hazırdırlar.


Bu barədə Azərbaycan Respublikanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən məlumat veriblər.

Baş konsul Elşad Qulamov tədbir iştirakçıları qarşısında çıxışında əmin olduğunu bildirib ki, işğal edilmiş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və ölçülüb-biçilmiş siyasət sayəsində geri qaytarılacaq və heç bir qüvvə buna mane ola bilməyəcək. Diplomat bu məsul məqamda xalqın birliyini nümayiş etdirməyin və haqq səsini bütün dünyaya çatdırmağın əhəmiyyətini vurğulayaraq, azərbaycanlı gəncləri sosial şəbəkələrdə və internetdə izahat işi aparmaq və Dağlıq Qarabağda baş verənlər haqqında doğru-dürüst məlumat vermək üçün səylərini artırmağa çağırıb.

"Vətən" Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Məzahir Həsənov Azərbaycan əsgərinin hünərindən danışaraq deyib ki, Azərbaycan Ordusunun işğalçıların provokasiyalarına sarsıdıcı zərbəsi ilə qürur duyur. O, Azərbaycan gənclərini Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə doğma torpaqlarımızı azad etməyə hazır olmağa çağırıb.

Azərtac.az