İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Mosulda seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər. İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Mosulda seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər.

İŞİD seks köləliyindən imtina edən - 250 qadını edam etdi

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Mosulda seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər.


Bu haqda İraq Kürdüstanının nümayəndəsi Said Mamuzini məlumat verib.

Onun bildirdiyinə görə, qadınları və qızları islamçılarla müvəqqəti nikaha girməyə məcbur ediblər. Bu isə o deməkdir ki, onlar yaraqlıların girovuna çevrilirlər. Seks köləsi olmaqdan imtina edənlər isə öldürülürlər.

Digər mənbə isə deyib ki, Mosulda qadınlara evdən tək çıxmaq, açıq sifətlə ictimai yerdə olmaq, eləcə də öz istəkləri ilə ər seçmək qadağan edilib.

Modern.az