O, Yerusəlim və Ramallahda danışıqlar aparacaq O, Yerusəlim və Ramallahda danışıqlar aparacaq

Pan Gi Mun Yaxın Şərqə səfər edəcək

O, Yerusəlim və Ramallahda danışıqlar aparacaq



BMT-nin Baş katibi Pan Gi Mun Yaxın Şərqə səfər edəcək. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, səfər noyabrın 20-də baş tutacaq. Bu barədə məlumatı BMT təmsilçisi Martin Nesirke verib.

O, qeyd edib ki, səfərdə əsas məqsəd son zamanlar Yaxın Şərqdə baş verən zorakılıqların qarşısının alınması və bu istiqamətdə danışıqların aparılmasıdır. Nesirke həmçinin, İsraili və Fələstini dözümlü olmağa, atəşkəsə riayət etməyə çağırıb. O, qeyd edib ki, Pan Gi Mun yaranmış gərginliyə son qoymaq üçün həm Ramallahda, həm də Yerusəlimdə görüşlər keçirəcək.

Sadiq Musa
AzNews.az