Keçmişdə pornoulduz olan prokuror kimdir?


Nyu-York ştatının dairə prokuroru Mark Saben ötən əsrin 70-ci illərində pornofilmlərdə çəkildiyini etiraf edib. Bu barədə məlumat bir neçə gün əvvəl yerli KİV-lərdə dərc edilib.

Məlumata görə, M.Saben o vaxtlar Qas Tomas ləqəbi ilə işləyirmiş. Fakt üzə çıxdıqdan sonra prokuror xüsusi mətbuat konfransı keçirərək indiyədək yalan dediyini etiraf edib və həyəcanını gizlədə bilməyərək hamıdan üzr istəyib.

"Mən ailəm və dostlarıma görə narahat idim. Buna görə də sirrimi heç kimə vermirdim. Mənim doğmalarım və yaxınlarım tərcümeyi-halımdakı bu fakt haqda məlumatsız idilər" – deyə Saben bildirib.

Xatırladaq ki, Mark Saben Kortlend dairəsində prokuror postunu 2008-ci ildən tutur. 2012-ci ilin noyabrında o, bu vəzifəyə yenidən seçilmək iddiasında idi.

İnci
AzNews.az