ÜST Qəzzada ziyan çəkənlərə yardım istəyir


Bu gün Ümumdünya Səhiyyə Təşkilatı Qəzza əhalisi üçün 10 milyon dollarlıq dərman alınması üçün vəsait yığımına başlayıb.

AzNew.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, ÜST-nin hesablamalarına görə, bu vəsait fələstinlilərin üç aylıq dərman preparatları ilə təmin etməyə kifayət edəcək.

SAHAL nəşrinin saytı isə qeyd edir ki, bu arada İsrail fələstinlilərə humanitar yardımın çatdırılması üçün dəhliz açıb.

İnci
AzNew.az