İtaliyada mafiyanın 57 fəal üzvü saxlanılıb. İtaliyada mafiyanın 57 fəal üzvü saxlanılıb.

İtalyan mafiyasına böyük zərbə - 57 üzvü saxlanıldı

İtaliyada mafiyanın 57 fəal üzvü saxlanılıb.


"Il Mattino" nəşrinin verdiyi məlumata görə, onlar Neapol mafioz qruplaşması olan Kamorraya daxil olan Auqusto La Torre klanına aiddir.

Saxlanılan şəxslərə qətl, reket, narkotik alveri və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.

Polis əməliyyatı eyni vaxtda Neapol, Roma, Latsio və daha üç şəhərdə keçirilib.

APA.az