- Köhnə - Dünya
- 1 İyun 2016 22:18
- 2 290
Aİ Gürcüstanla viza rejiminin sadələşdirilməsini təxirə saldı
Avropa İttifaqına üzv ölkələr Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə qərarının verilməsini təxirə salıb.
Bu barədə Reuters agentliyinə Avropa İttifaqına yaxın mənbə bildirib.
Qeyd olunur ki, viza rejiminin sadələşdirilməsi sahəsində bu kimi qərar Türkiyə, Ukrayna və Kosovo-ya da şamil edilə bilər.
Qərarın Avropada yaşanan miqrant böhranı ilə əlaqədar olduğu vurğulanır.
APA.az