Ermənistanda baş verən iğtişaşlardan sonra 165 nəfər saxlanılıb. Ermənistanda baş verən iğtişaşlardan sonra 165 nəfər saxlanılıb.

Ermənistanda 165 nəfər saxlanıldı

Ermənistanda baş verən iğtişaşlardan sonra 165 nəfər saxlanılıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən axşam saatlarında etirazçılar binanın yaxınlığında post-patrul xidməti alayının mühasirəsini yarmağa cəhd ediblər. Polis tüstü buraxan şaşka tətbiq edib və kütləni dayandırıb. Toqquşmalarda təxminən 60 nəfər xəsarət alıb.

Xatırladaq ki, Yerevan polisinin post-patrul xidməti alayının binası iyulun 17-dən silahlı şəxslər tərəfindən tutulub. Onlar ölkə prezidenti Serj Sarkisyanın istefa verməsini və İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirlər.

İyulun 27-dən etibarən isə onlar həkim briqadasını girov saxlayırlar. Polisin mühasirəyə götürdüyün bölgədə davamlı olaraq etiraz aksiyaları keçirilir.

Aydan AXUNDOVA