Peyk görüntüləri də iddianı təsdiqləyir Peyk görüntüləri də iddianı təsdiqləyir

İran Qəzzaya raket göndərməyi planlaşdırır

Peyk görüntüləri də iddianı təsdiqləyir



Britaniyanın "Sunday Times" qəzeti İrana qarşı yeni iddia ilə çıxış edib. AzNews.az-ın iarn.ru saytına istinadən verdiyi xəbərə görə, qəzet iddia yazıb ki, İran Qəzzaya raket göndərməyi planlaşdırır və məqsəd İsrailə qarşı Həmasın gücləndirilməsidir. İsrail kəşfiyyat xidməti də peykdən çəkilmiş şəkilləri iddiaları təsdiqlədiyini bildirib.

Qəzetin iddiasına görə, söhbət "Fəcr-5" raketlərindən gedir və Həmas bir həftəlik müharibə zamanı məhz həmin raketlərdən istifadə etmişdi.

Sadiq Musa
AzNews.az