Soydaşlarımız radiasiyaya məruz qalır

İranın molla fars rejimi 35 milyonluq Güney Azərbaycana qarşı müxtəlif formalarda soyqırım siyasətini davam etdirir.

Aznews.az-a Güney Azərbaycan milli fəallarının verdiyi məlumata görə, nüvə silahının əldə olunması ilə bağlı İran rəhbərliyinin İsfahanda inşa etdirdiyi nüvə istehsalı müəssisəsi ətrafındakı yaşayış məntəqələri radiasiyaya məruz qalıb.

Məlumata görə, İran hakimiyyəti bunu bilsə də, görməzdən gəlir və bununla bağlı etiraz edənlərə qarşı ciddi cəza tədbirləri görür.

Verlilən məlumatda qeyd olunur ki, rejimin belə bir sərt mövqe tutmasına səbəb burda baş verənlərdən MAQATE-nin xəbər tutmamasına yönəlib.
Məlumatı verən İsfahan sakininin sözlərinə görə, burada iki məqsəd var. Bunlardan birincisi nüvə proqramının durdurulması ilə bağlı təhlükədir, ikincisi isə baş verənlərin ölkədən kənara çıxmaması qorxusu.

Məlumata görə, İran rəhbərliyi bu tip hadisələrdən ciddi şəkildə narahatdır. Çünki baş verənlərin kənara çıxacağı təqdirdə MAQATE tərəfindən yoxlamalar bu ərazilərdə də aparıla bilər.

İnci
AzNews.az