- Köhnə - Dünya
- 1 Dekabr 2012 19:01
- 3 461
Putin xəstədi

İlk dəfə Putinin xəstə olduğunu Yaponiyanın baş naziri dilə gətirib. Təxirə salınan xarici səfərlər, "dəyişən yeriş", Kremldən gələn pərdəarxası gizli məlumatlar da nəyinsə baş verdiyinə dəlalət edir. Bütün bunlar azmış kimi, telexəbərlər də son 1,5-2 aydır ki, ənənədən kənara çıxaraq Putinin fermalara, zavodlara səfərləri haqda heç danışmır. Efirdə yalnız hər hansı iclasın keçirildiyi haqda şablon xəbərlər verilir.
Əvvəldən hazırlanmış "konservləşdirilmiş" xəbərləri bir neçə gün sonra efirə verərək ümid edirlər ki, heç kim bundan şübhələnməyəcək və məlumatın isti-isti çatdırıldığına inanacaq.
İnci
AzNews.az