- Köhnə - Dünya
- 8 Dekabr 2012 16:22
- 1 816
NATO səfirinin intiharının səbəbi açıqlandı

Həkimlərin proqnozları ürəkaçan olmadığından, Branislav intihara əl atıb: "Yeni ildən sonra o məzuniyyətə çıxmağı düşünürdü. Lakin sonradan bu fikrindən daşındı. Həkimlər ona ağır xəstə olduğunu demişdilər. Branislav isə "insana layiq olmayan vəziyyətdə" yaşamağı özünə yaraşdırmırdı".
Xatırladaq ki, Serbiyanın NATO-dakı səfiri Branislav Milinkoviç Brüssel hava limanının çoxmərtəbəli parkovda üçün nəzərdə tutulan hissəsindən özünü atıb. 8-10 metr hündürlükdən düşən diplomatın aldığı zədələr ölümcül olub.
İnci
AzNews.az