Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb. Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb.

Qazaxıstanda “Su-27” qırıcısı qəzaya düşdü

Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb.


APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Pilot təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırıb və zamanında təyyarədən atıla bilib. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

AzNews.az