Kraliça II Yelizaveta mühafizəsi tərəfindən güllələnmək təhlükəsiylə üzləşib. Kraliça II Yelizaveta mühafizəsi tərəfindən güllələnmək təhlükəsiylə üzləşib.

II Yelizaveta ölümlə üzləşib – Mühafizəsi onu güllələmək istəyib

Kraliça II Yelizaveta mühafizəsi tərəfindən güllələnmək təhlükəsiylə üzləşib.

AzNews.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, yuxusuzluqdan əziyyət çəkən kraliça bu zaman Bukingem sarayında gecə gəzintisinə çıxıb.

Mühafizənin sözlərinə görə, o, əvvəlcə sarayın həyətində bir kölgə görüb. Atəş açmağa hazırlaşarkən həmin şəxsin kraliça olduğunu anlayıb. “Hər şey qaydasındadır. Gələn dəfə mən əvvəlcədən zəng vuraram və siz mənə atəş açmaq məcburiyyətində qalmazsınız”, -deyə II Yelizaveta mühafizəsinə bildirib.

Hadisənin dəqiq tarixi məlum deyil. “İndependent” qəzetinin məlumatına görə, qısa müddətli gecə gəzintisinə çıxan kraliçanın əynində palto olub.

Aydan AXUNDOVA