Türkiyənin Qaziantep şəhərində təhlükəsizlik idarəsinin binası qarşısında polislə naməlum şəxslər arasında silahlı insident olub. Türkiyənin Qaziantep şəhərində təhlükəsizlik idarəsinin binası qarşısında polislə naməlum şəxslər arasında silahlı insident olub.

Təhlükəsizlik idarəsinin binası qarşısında atışma - Ölən və yaralanan var + Video

Türkiyənin Qaziantep şəhərində təhlükəsizlik idarəsinin binası qarşısında polislə naməlum şəxslər arasında silahlı insident olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata görə, bir polis əməkdaşı yaralanıb, bir terrorçu isə öldürülüb. Qeyd olunur ki, kamikadze təhlükəsizlik idarəsinin binasına daxil olmaq istəyərkən zərərsizləşdirilib. Digər terrorçu maşınla qaçmağı bacarıb. Hal-hazırda polis qüvvələri onun axtarışındadır. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.