Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin ikinci pilotun səhvi ucbatından qəzaya uğraması barədə yayılan məlumatları təkzib edib. Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin ikinci pilotun səhvi ucbatından qəzaya uğraması barədə yayılan məlumatları təkzib edib.

“Tu-154” pilot səhvi ucbatından qəzaya uğramayıb- Rəsmi açıqlama

Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin ikinci pilotun səhvi ucbatından qəzaya uğraması barədə yayılan məlumatları təkzib edib.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib. Onun sözlərinə görə, “Life” saytının yaydığı məlumat absurd və uydurmadır.

Konaşenkov nazirlikdə sözügedən hadisə ilə bağlı aparılan araşdırmaların davam etdiyini və hələ ki yekun qərarın qəbul olunmadığını qeyd edib.

Qeyd edək ki, Rusiyanın “Life” saytı Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəza səbəbiylə bağlı yekun qərar verildiyi barədə məlumat yayıb. Məlumata görə, “qara qutu”nun tam oxunmasından sonra təyyarənin ikinci pilotun səhvi ucbatından qəzaya uğradığı məlum olub. Eləcə də sayt bəyan edib ki, təyyarənin həddindən çox yüklənməsi və kifayət qədər yüksəklikdə olmaması qəzanı qaçınılmaz edib.

Aydan AXUNDOVA