Türkiyədə sevgilisinin könlünü almaq üçün şamlarla adını yazdıran mədən işçisi ehtiyatsızlıqdan evi yandırıb. Türkiyədə sevgilisinin könlünü almaq üçün şamlarla adını yazdıran mədən işçisi ehtiyatsızlıqdan evi yandırıb.

Sevgilisinə surpriz etmək istədi - evi yandırdı - Video

Türkiyədə sevgilisinin könlünü almaq üçün şamlarla adını yazdıran mədən işçisi ehtiyatsızlıqdan evi yandırıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, yanğını söndürmək üçün mətbəxə su dalınca qaçan cavan oğlan suyun kəsildiyini görüb köməksiz vəziyyətə düşüb.

Hadisə Bartında, Amasra mahalında baş verib. Gəncin dediyinə görə, şamları yandırmaq üçün əvvəl sahilə gedib. Amma hava çox küləkli olduğu üçün, surprizi evdə etməli olub.

Evdə şamları yandırıb, şəkil çəkən vaxt ədyal alovlanmağa başlayıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.