- Köhnə - Dünya
- 16 Yanvar 2017 19:16
- 6 553
PKK Türkiyədə iki partlayış törətdi - 3 polis şəhid oldu - Video - Yenilənib
Şırnakda və Diyarbəkirdə partlayış baş verib.
AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, Diyarbəkirin Sur mahalında da partlayış baş verib. Dəclə Universitetinin binası yaxınlığında PKK terrorçularının yerləşdirdiyi qurğu polis maşını ərazindən keçərkən uzaqdan idarəetmə vasitəsilə partladılıb. Nəticədə 3 polis şəhid olub. Digər 3 polis xəstəxanada müalicə olunur.
Şırnakda PKK terrorçuları tərəfindən əllə düzəldilən partlayıcı qurğu şəhərin su şəbəkəsi təmir edilərkən partladılıb. Nəticədə 5 nəfər yaralanıb. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.