Portuqaliyanın paytaxtı Lissabon şəhərində on minlərlə təhsil sahəsinin işçiləri və tələbələr hökumətin təhsil sektoruna dövlət xərclərinin azaldılması qərarına qarşı təşkil olunmuş etiraz aksiyasında iştirak edib. Portuqaliyanın paytaxtı Lissabon şəhərində on minlərlə təhsil sahəsinin işçiləri və tələbələr hökumətin təhsil sektoruna dövlət xərclərinin azaldılması qərarına qarşı təşkil olunmuş etiraz aksiyasında iştirak edib.

Müəllimlər etiraz edir

Portuqaliyanın paytaxtı Lissabon şəhərində on minlərlə təhsil sahəsinin işçiləri və tələbələr hökumətin təhsil sektoruna dövlət xərclərinin azaldılması qərarına qarşı təşkil olunmuş etiraz aksiyasında iştirak edib.




Müəllimlərin milli federasiyasının məlumatına əsasən, Lissabonda keçirilən aksiyada 40 min insan iştirak edib, onlardan çoxu ölkənin müxtəlif bölgələrindən gəldiyi bildirilir. Müəllimlərin milli federasiyası Beynəlxalq Valyuta Fondunun hökumətə təhsil sahəsində daha çox ixtisarlar etmək barədə tövsiyələrini qəti şəkildə pisləyib.

Etirazçılar ölkənin təhsil naziri Nunu Kratunun istefasını tələb ediblər.

Portuqaliya beynəlxalq maliyyə yardımı almaq müqabilində bir sıra tədbir görüb, ö cümlədən, dövlət büdcəsindəki kəsiri azaltmaq məqsədi ilə təhsil sahəsinə ayrılan maliyyə vəsaitlərinin məbləğini xeyli azaldıb.

AzNews.az