ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiyası Vaşinqtonda 3 gün ərzində qeyd olunacaq. ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiyası Vaşinqtonda 3 gün ərzində qeyd olunacaq.

Trampın inaqurasiyası 3 gün qeyd olunacaq

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiyası Vaşinqtonda 3 gün ərzində qeyd olunacaq.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 45-ci prezidentin yanvarın 20-də baş tutacaq inaqurasiyası ilə bağlı tədbirlər çümə axşamından şənbə gününədək davam edəcək. Sələflərindən fərqli olaraq? Trampın andiçmə mərasimi daha qısa və işgüzar xarakter daşıyacaq.

Tədbirin təşkilatçıları elan ediblər ki, cümə axşamı yerli vaxtla saat 15:30-da (Bakı vaxtıyla saat 00:30-da) Tramp və yeni seçilən vitse-prezident Maykl Pens Arlington Milli qəbiristanlığında naməlum əsgərin məzarına əklil qoyacaqlar. Bundan sonra onlar Vaşinqtonun mərkəzi bulvarında prezident Avraam Linkolnun memorialına baş çəkəcəklər. Məhz burada inaqurasiya ilə əlaqədar konsert keçirilməsi planlaşdırılır. Tramp və Pens səhnədən vətəndaşları salamlamağa hazırlaşırlar.

İnaqurasiya ilə bağlı paytaxtın mərkəzi küçələrində görülən tədbirlər artıq demək olar ki, başa çatıb.

Aydan