Almaniya Bundestaqı marixuananın tibbi istifadəsinə icazə verən qanun layihəsi qəbul edib. Almaniya Bundestaqı marixuananın tibbi istifadəsinə icazə verən qanun layihəsi qəbul edib.

Almaniyada şok qərar - Marixuananın istifadəsinə rəsmən icazə veriləcək

Almaniya Bundestaqı marixuananın tibbi istifadəsinə icazə verən qanun layihəsi qəbul edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sənəddə onkoloji və nevroloji xəstəliklərdən əziyyət çəkən insanların ağrıdan xilas olmaq üçün reseptlə marixuana ala biləcəyi göstərilir.

Həkimlər sözügedən “tibbi” marixuananı reseptə yalnız xəstəyə başqa preparat uyğun gəlmədiyi hallarda yazacaqlar. Marixuananı apteklərdən almaq mümkün olacaq. Sığorta şirkətləri isə fiziki şəxslərin bütün xərclərini kompensasiya edəcəklər.

Narkotik vasitənin qanuni dövriyyəsini təşkil etmək üçün müalicə marixuanasının yayılmasına nəzarət üzrə dövlət agentliyi yaradılacaq. Bu instansiya çətənənin yetişdirilməsi üçün ixtisaslaşmış müəssisələrə icazə sənədləri verəcək. Daha sonra məhsul alınaraq son nəticədə farmakologiya şirkətlərinə veriləcək. Agentlik həmçinin ehtiyac olduğu halda xaricdən xammal alacaq.

Aydan