Timsah az qala Kliçkonun oğlunun qolunu qoparacaqdı - Foto

Kiyev meri Vitali Kliçkonun böyük oğlu Yeqorun qolunu Floridada timsah dişləyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, oğlan öz Facebook hesabında yaralanmış qolunun fotosunu da paylaşıb.

Kliçkonun oğlu Everqleyds Milli parkında könüllü işləyir. Mayami yaxınlığında yerləşən bu qoruqda o, alliqatorlara qulluq edir.