Ötən gün ABŞ-ın müxtəlif şəhərlərində Trampa qarşı etiraz aksiyaları keçirlib. Ötən gün ABŞ-ın müxtəlif şəhərlərində Trampa qarşı etiraz aksiyaları keçirlib.

ABŞ-da qadınların marşında 2 milyon adam iştirak edib - Fotolar

Ötən gün ABŞ-ın müxtəlif şəhərlərində Trampa qarşı etiraz aksiyaları keçirlib.

AzNews.az Frans Press agentliyinə istinadən xəbər verir ki, təkcə Vaşinqtonda qadınların etiraz aksiyasına yarım milyondan çox adam qatılıb. Bu isə gözləniləndən 2 dəfə çox olub.

Bir bu qədər də etirazçılar Los-Anceles küçələrinə çıxıb. Yerli polis hələ də iştirakçıların dəqiq sayını hesablamağa çalışır. 500 min insan Nyu-Yorkda yürüş edib.

Həmçinin, Mayami, Denver, Çikaqo, Siyetl, Filadelfiyada da kütləvi aksiyalarda insanların çoxluğu müşahidə edilib.

Trampa qarşı kütləvi aksiyalar təkcə ABŞ ərazisində deyil, həmçinin Berlin, Paris, Roma, Vyana, Cenevrəyə, Amsterdam, Nayrobi, Sidney, Melburn, Tokio, Helsinkidə də baş tutub. Hətta Antarktidada da "Qadınların marşı" keçirilib.

image description image description image description image description image description image description image description image description image description image description image description